Sumqayıtdakı “Kapital Bank Arena”da media mənsubları üçün yerlərin ayrılmaması ilə bağlı problemlər tezliklə həllini tapacaq. Bu barədə futbolinfo.az saytına “Sumqayıt”ın prezidenti Kamran Quliyev məlumat verib.
Klub rəhbəri saytımızda gedən yazıyla bağlı fikirlərini diqqətinizə çatdırırıq: “Həmişə sağlam tənqidin tərəfdarı olmuşam. Yazdıqlarınız tamamilə həqiqəti əks etdirir. Biz medianın operativ işləməsi üçün normal şərait yaratmalıyıq. Qış fasiləsinədək 3 ev oyunumuz qalıb. Bir qədər də səbr etməyinizi xahiş edirəm. Qış fasiləsində mütləq media üçün bütün lazımi şəraiti yaradacağıq”.
Necə deyərlər, "yüzə dözən, yüz birə də dözər". Avazınız yaxşı gəldi, Kamran müəllim, təki oxuduğunuz Quran ola.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp