"Arsenal" aparıcı futbolçusu Aleksis Sançeslə müqaviləni yeniləyəcək. Futbolinfo.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. 
Mənbədə bildirlir ki, Madrid "Real"ının "radarında olan" çilili oyunçunu buraxmaq istəməyən "topçular" ona yeni müqavilə təklif edib. Belə ki, London nəhəngi hücumameyilli yarımmüdafiəçini 202-ci ilə kimi komandada saxlamaq fikrindədi.
Qeyd edək ki, "Arsenal" ötən il "Barselona"dan transfer etdiyi Sançeslə 2018-ci ilin iyununa qədər müqavilə bağlamışdı. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp