Son vaxtlar futbolçuları tez-tez zədələnən “Qarabağ”ın daha bir oyunçusu itirib. Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin yarımmüdafiəçisi Əlharbi Əl-Jadeyui (Larbi) sıradan çıxıb.
Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovdan aldığımız məlumata görə, mərakeçli futbolçu topuğundan zədə alıb. O, 1 ay yaşıl meydanlardan kənar qalacaq. 
Qeyd edək ki, Larbi “Qarabağ”a bu yay Fransanın “Lans” klubundan keçib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp