Bir neçə müddətdir ki, problemlər məngənəsində üzülən Bakı “İnter”ində bu gün üzlər gülüb. Futbolinfo.az xəbər verir ki, komandada maaşlar ödənilib.
 
Lakin paytaxt təmsilçisinin fransalı hücumçusu Limam Seydi məvacibini ala bilməyib. Bu barədə futbolçu özü saytımıza açıqlama verib: “Bu gün bütün komanda maaş alsa da, mən ala bilmədim. Bu, normal deyil. Səbəbini də rəhbərlikdən soruşdum. Klubdan mənə dedilər ki, sponsor sənə pul vermək istəmir. Belə bir şey necə ola bilər? Mən artıq 2 aydır ki, burdayam, amma maaş almıram. Klubun futbolçusu ola-ola mənə pul vermək istəmirlər”.
Seydi bildirib ki, bir neçə gün öncə AFFA-dan bir nəfərlə maaş haqqında söhbət edib və ona pul veriləcəyini deyiblər. Lakin bu gün keçən ay olduğu kimi yenə problemlə üzləşib: “Bir neçə gün öncə yoldaşlıq görüşündə AFFA-dan bir nəfərlə söhbət etdim və bildirdi ki, sənə bu ay pul verəcəklər. Çünki keçən ay eyni problemlə üzləşmişdim. Amma yenə də eyni hal yaşandı”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp