İspaniya La Liqasının XII turunda baş tutacaq "Real" – "Barselona"la oyunu ilə bağlı ölkə rəhbərliyi ciddi tədbirlər görür. Futbolinfo.az xəbər verir ki, son vaxtlar Avropa ölkələrində baş verən terror hadisələri ispanları narahat edir. 
Onlar “El-Klasiko”da hər hansı bədbəxt hadisənin yaşanmaması üçün matçın keçiriləcəyi "Santyaqo Bernabeo" stadionunda ən azı 1000 polis və 400-ə qədər özəl təhlükəsizlik nümayəndəsi olacaq. Bu məlumatı İspaniyanın daxili işlər naziri də təsdiqləyib.
Qeyd edək ki, sözügedən qarşılaşma noyabrın 21-də keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp