Türkiyə PTT 1-ci Liqasında 13-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" da növbəti matçına çıxıb.    
 
Sözügedən komanda doğma meydanda "Dənizlispor"la üz-üzə gəlib. Görüş meydan sahiblərinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Ağayev bu oyunda da 90 dəqiqə forma geyinib.   
 
Qeyd edək ki, "Karşıyaka" 12 xalla 15-ci pillədə qərarlaşıb.
Shares: