Bu gün Topaz Premyer Liqasında 15-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, az sonra "Qarabağ" doğma meydanda "İnter"i qəbul edəcək. 
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu ("Azərsun Arena") keçiriləcək qarşılaşmadan əvvəl polislərlə ev sahibi komandanı dəstəkləyən "Qarabağ ordusu" fan-klubunun üzvləri arasında mübahisə yaranıb. 
Belə ki, “Günəşli” neft yatağında baş verən faciə ilə bağlı azarkeşlər banner açmaq istəsə də, polis buna mane olmaq istəyib. Lakin fan-klub rəhbəri Elvin Süleymanovun müdaxiləsindən sonra polislər komandirlərindən icazə almalı olduqlarını bildirib. Həmin şəxs isə bannerdəki yazını gördükdən sonra maraqlı sual verib: "32-ni başa düşdük, bəs 9 milyon nədi?" Ona 9 milyonun azərbaycanlı olduğunu başa saldıqdan sonra isə o, banner açılmasına razılıq verilib.
 
144941172912335961 1110381725681478 185214635 n - Futbolinfo.az144941172912351184 1110377669015217 1699511662 n - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp