Makedoniyanın U-19 yığmasının baş məşqçisi Yeton Nesimi Azərbaycana qarşı yoxlama oyununda qazandıqları 2:0 hesablı qələbəni şərh edib. Futbolinfo.az xəbər verir ki, o, Skopyedəki görüşdən sonra bunları söyləyib:

"Çox yaxşı komandaya qarşı ağır bir matç keçirdik. Oyunçularımızdan razıyam. Xüsusilə də birinci hissədəki çıxışlarından. Hansı ki, çoxlu qol vəziyyətləri yaratdılar, amma əksərini də boşa verdilər. Bunun üzərində çalışmağımız lazımdır. Fasilədən sonra isə iki qol vurmağa nail olduq. Ümid edirəm ki, qarşıdakı oyunda daha yaxşı çıxış edəcəyik".

Shares: