Almaniya üçüncü Bundesliqasında 13-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası – "Duysburq" da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Zonnenhof Qrossaşpah" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Erat start heyətdə başladığı qarşılaşmanın 81-ci dəqiqəsində əvəzlənib.

Qeyd edək ki, "Duysburq" 13 turdan sonra 25 xalla 20 klub arasında 1-ci pillədə qərarlaşıb.

Shares: