Futbol üzrə Portuqaliya çempionatında 9-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Kamran Ağayevlə Emin Mahmudovun komandası – "Boavişta" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Eştoril"lə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Qeyd edək ki, Kamran bu oyunda da start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb. Eminin adı isə bu matçın da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Boavişta" hazırda 10 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.