Hazırda davam edən Avropa Liqasının 4-cü turunun PAOK – "Qarabağ" matçının ilk dəqiqələrində gərginlik yaşanıb. Futbolinfo.az xəbər verir ki, matç başlayandan az sonra futbolçular arasında insident baş verib.
Rəqib futbolçu Harri Rodriqeslə Maksim Medvedev arasında mübahisə yaşanıb. Mübahisəyə səbəb Medvedevlə mübarizədə rəqibin yerə yıxılması olub. Ardınca PAOK-un digər futbolçuları hadisəyə müdaxilə edib.
Nəticədə oyunun baş hakimi Con Biton hadisəyə müdaxilə edib. Şotlandiyalı referi "Qarabağ"ın üzvü Maksim Medvedevə və PAOK-un kapitanı Stefanos Atanasiadisə sarı vərəqə göstərib.
Qeyd edək ki, hazırda hesab 0:0-dır.