Cari mövsümün son oyununa Gəncədə çıxacaq “Kəpəz” şəhər stadionunda “İnter”lə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, dünən keçirilən son məşqlə “sarı-göylər” bu oyunun hazırlığını tamamlayıb. 

Son matç öncəsi komandanın üzvləri Julien Ebah və Davud Kərimi klub saytına açıqlama verib:
 
Julien Ebah: “Təbii ki, son matçda da məqsəd qalib gəlmək, azarkeşləri sevindirməkdi. Mən üzərimə düşəni etməklə qol vurmağa çalışacağam. Son oyunlar yaxşı çıxış edirik, qələbələri sıralayırıq. Çempionatı yüksək əhval-ruhiyyədə başa vurmaq üçün bu gün qələbə qazanmalıyıq”.

Davud Kərimi: “Çempionatın son dövrəsini yaxşı keçirmişik. Cəmi bir oyunda uduzub qalan matçlarda qələbə qazanmışıq. Əhvalımız yaxşıdı. Çempionatda beşinci yeri tutmaq imkanımız var, bunun üçün “İnter”lə oyunda qələbə qazanmalıyıq. Azarkeşləri oyuna baxmağa, dəstək olmağa dəvət edirik”.

Shares: