İsveçrə Super Liqasında 2016/17-ci il mövsümünün qalibi bəlli olub. Futbolinfo.az xəbər verir ki, çempionatın 30-cu turunda səfərdə “Lütsern”i 2:1 hesabıyla məğlub edən “Bazel” mövsümün sonuna 6 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Hazırda sözügedən komanda 30 oyunda topladığı 77 xalla ən yaxın izləyicisi “Yanq Boyz”u 24 xal qabaqlayır.
Qeyd edək ki, bu, “Bazel”in ardıcıl 8-ci, ümumilikdə, 20-ci çempionluğudu. Bu baxımdan rekord 27 dəfə çempion olmuş "Qrasshopper"ə məxsusdu.