Futbol üzrə İsveç çempionatında 10-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası – "Kalmar" da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Ostersund" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Emin bu görüşün iştirakçısı olmayıb.

Qeyd edək ki, geridə qalan turlarda 5 xal toplayan "Kalmar" hazırda 16 komanda arasında 15-ci pillədədi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp