“Sumqayıt” – “Keşlə” oyununda nəticəyə təsir edə biləcək ciddi səhvə yol verildi. Qonaqlar hesabı bərabərləşdirərkən hakim səhvə yol verdi və Əliyar Ağayev mərkəzi göstərdi.
 
Qapı xətti üzərində topu Bəxtiyar Həsənalızadədən “oğurlayan” Mirsahib Abbasov onu cərimə meydançasına göndərdi. Müdafiəçilərin dəf etdiyi zərbədən sonra “mərmi” bu dəfə İlkin Qırtımovuna özünə düşdü. Müdafiəçinin asmasını isə bu dəfə Nizami Hacıyev tora göndərdi.
 
Tribunadan da aşkar oyundankənar vəziyyətdə olduğu görünən Hacıyevin qolu qeydə alınmamalıydı. Amma yan xətt hakimi Rza Məmmədov epizodu gözdən qaçırdı. Düzdü, fasilədən sonra “Sumqayıt” yenidən hesabda önə keçdi və bu səhv unuduldu. Lakin bu, hakimin səhvinə bəraət qazandıra bilməz.
 
Matçdan sonra mətbuat konfransında da bu epizod müzakirə olundu. Laysmanın atasının vaxtilə “Neftçi”də işlədiyi və Rzanın da bu komandanın azarkeşi olduğunu xatırladan həmkarlarımız Samir Abasovdan mu məsələyə münasibət öyrəndi. Belə ki, “Sumqayıt”ın hazırda 4-cü pillə uğrunda mübarizədə əsas rəqibi məhz “Neftçi”di. Və bu səhvin bilərəkdən edilməsi ehtimalı mümkündü.
 
Abasovun reaksiyası maraqlı oldu: "Neftçi" 4-cü pillə uğurunda mübarizədə bizim əsas rəqibimizdir. Amma düzü, mən Rza Məmmədovun atasının "Neftçi"də stadion direktoru işlədiyini və özünün də "Neftçi" azarkeşi olduğunu bilmirdim. Bəlkə də bunu bilməməyimiz bizim səhvimiz idi. Bilsəydik, yəqin ki, əvvəldən tədbir görərdik. Məncə, təyinat zamanı belə şeyləri nəzərə almaq lazımdır. Fasilədə təcrübəli futbolçularımız Tural Axundov, Cavid Tağıyev epizodu göstərib, üstümə gəlirdi, mən onlara cavab verə bilmirdim. "Neftçi" ilə oyunda Fərhad kobud səhv etdi oyunu uduzduq hamı dedi ki, bu cür qapıçıya bu cür səhv yaraşmaz. Amma hakimin bugünkü səhvi ondan da kobud idi".
 
Qeyd edək ki, Rza Məmmədovun atası Məmmədəli Məmmədov Bakıxanov qəsəbəsində yerləşən "Neftçi" stadionunun direktoru işləyib və Rza özü də uşaqlıqdan "Neftçi" azarkeşidir. O, hətta bir neçə il bundan qabaq "Neftçi" – "Simurq" matçında "Simurq"un təmiz qolunu da qeydə almamışdı və həmin oyundan sonra da bu məsələ gündəmə gəlmişdi.
23131593 1637287532984688 5846085277380484702 n - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp