“Qarabağ”ın bir qrup azarkeşinin UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Madrid “Atletiko”su ilə ev oyununda açdığı pankartın Türkiyənin “Sabah” qəzetində lağa qoyulmasına etirazlar hələ də davam edir. Dünən Sumqayıtda bu hadisə yenə yada düşdü.
 
Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilən “Sumqayıt” – “Keşlə” matçında da “Qarabağ” fanatlarına dəstək gördük. Belə ki, sumqayıtlı fanatlar tribunada məhz həmin formada “QARABAĞ” və “SUMQAYIT” sözlərinin yazıldığı A4 kağızlarını nümayiş etdirdi.
 
Əslində, çox gecikmiş addımdı. Türkiyənin bütün klubları bu olaya elə həmin günlərdə reaksiya nümayiş etdirdisə, bizim klublar bu baxımdan özünü əziyyətə salmaq istəmədi. Sumqayıtlılar 1 aydan sonra bunu lazım bildi. Heç olmamasındansa, gec olması yaxşıdı…
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp