Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində “Sumqayıt” doğma meydanda “Keşlə”ni qəbul etdi və 3:1 hesablı qələbə qazandı. 

Futbolinfo.az xəbər verir ki, bu qarşılaşmada “Sumqayıt”ın futbol akademiyasının yetirməsi olan Rüfət Abdullazadə əsas komandanın heyətində debüt etdi. Abdullazadə 16 yaş 10 ay 3 günlüyündə “Keşlə” ilə qarşılaşmanın 87-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, Rüfət Abdullazadə cari mövsüm Premyer Liqa klublarının heyətində meydana çıxan ən gənc futbolçu ünvanına sahib olub (17.01.2001).

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp