Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində bu dəqiqələrdə “Kəpəz” doğma meydanda “Qarabağ”la qarşılaşır.

Futbolinfo.az xəbər verir ki, bu qarşılaşmadan öncə meydan sahibləri Ağdam klubunun baş məşqçisi Qurban Qurbanova maraqlı sürpriz ediblər. Belə ki, Gəncə klubunun rəhbərliyi bir neçə gün öncə Azərbaycan yığmasının baş məşqçisi təyin edilən Qurbanova bu münasibətlə gül dəstəsi təqdim ediblər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp