Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün Antalyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, Tərlan Əhmədovun çalışdırdığı kollektiv Makedoniyanın “Sileks” klubu ilə üz-üzə gəlib. 35-ci dəqiqədə rəqib komanda baş zərbəsi ilə hesabı açıb – 0:1. Bundan 4 dəqiqə sonra makedonlar hesab arasındakı fərqi artırıb. Fasilədən sonra daha bir qol vuran makedonlar paytaxt klubuna növbəti darmadağını yaşadıblar.
Bu oyun “ağ-qaralar”ın qardaş ölkədəki son sınağı idi. Bakılılar Antalyada daha öncə keçirdiyi oyunların hamısından məğlub ayrılmışdı: “SKA-Xabarovsk” (Rusiya, 1:8), “Konkordiya” (Rumıniya, 0:1), “Slaviya” (Bolqarıstan, 0:1), “Krılya Sovetov” (Rusiya, 0:2).
Yoxlama oyunu
30 yanvar
“Neftçi” – “Sileks” 0:3
“Neftçi”nin start heyəti: Səlahət Ağayev, Fərid Abbaslı (Mayk Kampas, 46), Kiril Petrov, Elvin Sərkərov, İlkin Qırtımov, Rəşad Sadiqov (k), Derlis Meza Kolli, İqnasio Errera, Namiq Ələsgərov, Fransisko Qarsiya, Mirabdulla Abbasov (Lukas Qomes, 46).
Ehtiyat oyunçular: Kamran İbrahimov, Elçin Əsədov.