Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. “Beşiktaş” doğma meydanda “Gənclərbirliyi” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı qarşılaşma İstanbul nəhənginin inamlı qələbəsi ilə başa çatıb. Bu komandalar arasındakı cavab qarşılaşması fevralın 6-da keçiriləcək.
İkinci oyun günündə daha iki görüş baş tutub. "Akhisar" doğma meydanda "Kayserispor"a minimal hesabla qalib gəlib. "Fənərbaxça" isə səfərdə "Girəsunspor"dan üstün olub. Bu cütlüklərin cavab qarşılaşmaları fevralın 7-də baş tutacaq.
Son oyun günündə isə "Qalatasaray" səfərdə "Konyaspor"la üz-üzə gəlib. Dörd qolun vurulduğu görüşdə İstanbul nəhəngi qələbəni son anda əldən verib.
Türkiyə Kuboku
1/4 finalın ilk oyunları
30 yanvar
Beşiktaş – Gənclərbirliyi 3:1
31 yanvar
Akhisar – Kayserispor 1:0
Girəsunspor – Fənərbaxça 1:2
1 fevral
Konyaspor – Qalatasaray 2:2