Futbol üzrə İran çempionatında 29-cu turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən klublar da növbəti matçlarını keçiriblər.

Təbrizin “Traktorsazi” klubu doğma meydanda “Sanat Naft”la qarşılaşıb. Türkiyəli mütəxəssis Ərtuğrul Sağlamın yetirmələri bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Cənubi Azərbaycanın digər təmsilçisi “Göstəriş” isə səfərdə “Saypa” ilə heç-heçəyə razılaşıb – 0:0.

“Göstəriş” hazırda 36 xalla 16 klub arasında 9-cu, “Traktorsazi” isə 31 xalla 11-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp