Futbol üzrə İsveç çempionatında 5-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Trelleborq” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Emin bu görüşdə də meydana çıxmayıb. Buna səbəb onun xeyli müddətdi zədədən əziyyət çəkməsidi.

“Kalmar” hazırda 7 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp