Asiyada ilin ən yaxşı futbolçusu bəlli olub.

Futbolinfo.az xəbər verir ki, Cənubi Koreya millisinin və “Tottenhem”in futbolçusu Honq-Min Son 2017-ci ilin ən yaxşı futbolçusu seçilib. Bu barədə məlumatı London klubunun saytı yayıb. Son daha öncə 2014 və 2015-ci illərdə də qitənin ən yaxşısı seçilmişdi.

25 yaşlı futbolçu cari mövsümdə “Tottenhem”də meydana çıxdığı 49 oyunda 18 qol vurub, 10 qol ötürməsi edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp