Topaz Premyer Liqasının ötən turunda “Qarabağ”la qarşılaşan “Sumqayıt” 2 günlük istirahəti başa vurub. Futbolinfo.az xəbər verir ki, komanda Samir Abasovun rəhbərliyi altında doğma arenada məşqləri bərpa edib. 

“Qarabağ”la qarşılaşmanın gedişində zədə alan Rəşad Eyyubov hazırlıq prosesində iştirak etməyib. Kapitan Vurğun Hüseynov isə zədəsini tam sağaldaraq komandaya qoşulub. Bundan başqa, əvəzedici heyətdən bir neçə futbolçu məşq prosesinə cəlb edilib. 

Hazırlıq ərzində müxtəlif toplu çalışmalar edilib. Məşq ikitərəfli oyunla yekunlaşıb.

Qeyd edək ki, “Sumqayıt” – “Səbail” qarşılaşması aprelin 29-da “Sumqayıt Arena”da keçiriləcək və saat 19:00-da start götürəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp