2024-cü ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi etmək istəyən daha bir ölkə bununla bağlı UEFA-ya rəsmi müraciət edib.

Futbolinfo.az xəbər verir ki, söhbət qardaş ölkə Türkiyədən gedir. Belə ki, bu gün Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən İsveçrənin Nyon şəhərində UEFA-nın baş katibi Teodor Teodoridislə görüşüb və AÇ-2014-ə namizədliklə bağlı bütün lazım olan sənədləri – sifariş kitabını ona təqdim edib.

Xatırladaq ki, sözügedən AÇ-yə ev sahibliyi etmək isəyən Almaniya Futbol İttifaqı da bir neçə gün öncə sifariş kitabını UEFA-ya təqdim etmişdi. 

AÇ-2024-ə ev sahibliyi edəcək ölkə sentyabrın 24-də UEFA İcraiyyə Komitəsinin iclasında açıqlanacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp