“Qarabağ”ın futbolçusu Abdulla Zubir Topaz Premyer Liqasının 13-cü turunda “Keşlə”yə qarşı keçirdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi 5:1 hesabı ilə qalib gəldikləri oyunla bağlı öncə bunları söyləyib:

– Təbii ki, Avropa Liqasındakı uğursuz nıticədən sonra bu oyunda qələbə qazanmaq istıyirdik. Oyunda qələbə gözləyirsən, amma nəticə istədiyin kimi olmur. Qələbə qazandığımız üçün xoşbəxtəm.

– "Sportinq"lə matçdan sonra bu oyuna köklənmək çətin olmadı?
– Bu, futboldu, istənilməz nəticələr olur. Hər uğursuz nəticədən sonra növbəti oyuna hazırlaşırsan, qələbə qazanıb digər uğursuzluğu unutdurmağa çalışırsan. Çempionat oyunları da bizim üçün vacibdi. Ona görə də bu oyuna motivasiya tapmağımız təbiidi.

– Demək olarmı ki, "Sportinq"lə oyunun əvəzini "Keşlə"dən çıxdınız?
– "Keşlə" "Sportinq" deyil ki, həmin oyunun əvəzini çıxaq. Rəqibimizə hörmətlə yanaşırıq. Meydanda öz oyunumuzu göstərib qələbə qazandıq.

– “Neftçi” qış çempionu oldu və sizdən 5 xal öndədi, onları keçmək və çempion olmaq çətin olmayacaq?
– Onlar bu mövsüm yaxşı oyun göstərirlər və çempionluğa iddialıdılar. Amma biz təslim olmayacağıq və sona qədər çempion olmaq üçün döyüşəcəyik. Ümid edirəm ki, sonda sevinən tərəf biz olacağıq.

– "Arsenal" ilə oyunda nəyə ümid edirsiz?
– Ora yaxşı oyun göstərmək və nəticə qazanmaq üçün gedəcəyik. (Sportnet)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp