Son Azərbaycan çempionu “Qarabağ”ın Antalyadakı hazırlıq dövründə yoxlama oyunu keçirəcəyi daha bir rəqibin adına aydnılıq gəlib.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubu Rumıniyanın yüksək liqasında çıxış edən "Botoşani" ilə qüvvəsini sınayacaq. Bu barədə məlumatı Rumıniya mətbuatı yayıb. Oyunun yanvarın 12-də keçiriləcəyi və Bakı vaxtı ilə saat 18:00-da start götürəcəyi qeyd olunub.

"Qarabağ" yanvarın 23-dəki yoxlama oyununda "Pyast"la (Polşa) qarşılaşacaq.

Shares: