İngiltərənin “Çelsi” klubu 2017/18 mövsümü üçün maliyyə hesabatını açıqlayıb. 

Futbolinfo.az xəbər verir ki, London klubunun mətbuat xidməti ötən mövsümü rekord məbləğdə gəlirlə bitirdiklərini bəyan edib. 

“Zadəganlar”ın il ərzində gəlirləri 397 milyon avrodan 487 milyon avroyadək (22,7 faiz) artıb. London klubu ilk dəfə 400 milyon funt sterlinq (440 milyon avro) həddini keçib. 124 milyon avroluq futbolçu satışı sayəsində klub tarixi ərzində ən yüksək məbləğdə – 68,1 milyon avro təmiz gəlir götürüb.
 
Daha bir vacib gəlir mənbəyi teleyayımdan əldə olunub. Bu məbləğ 45,8 milyon avrodan 224 milyon avroya yüksəlib. Bu, daha çox "Çelsi"nin Çempionlar Liqasına qayıdışı nəticəsində baş tutub.

Bu göstəricilərin UEFA-nın maliyyə feyr-pleyinin tələblərinə tam uyğun gəldiyi də vurğulanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp