Dünyanın futbol məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, "World coach ranking" saytında yer alan siyahıda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1073 xalla 460-cı pillədə yer alıb. Qurbanov ötən siyahı ilə müqayisədə 1 pillə irəliləyib.

“Neftçi”nin baş məşqçisi Roberto Bordin isə 123 xalla 961-ci pillədə qərarlaşıb. Bordin ötən siyahıda da 961-ci pillədə idi.

Reytinq siyahısına “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp