Futbol üzrə UEFA Çempionlar Liqasında 2019/20 mövsümünün ilkin mərhələsinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, turnirin ilkin təsnifat mərhələsinin yarımfinal oyunlarında Andorranın “Santa Koloma” və Kosovonun “Feronikeli” komandaları finala vəsiqə qazanmışdı. Komandalar arasındakı həlledici görüş bu gecə Kosovoda keçirilib. Üç qolun qeydə alındığı qarşılaşma Kosovo çempionunun qələbəsiylə yekunlaşıb. Nəticədə, bu kollektiv ÇL-in 1-ci təsnifat mərhələsində Uelsin TNS klubu ilə mübarizə aparmaq hüququ qazanıb.
İlkin mərhələnin yarımfinalında məğlub olan komandalar – “Tre Penne” (San Marino) və “Linkoln” (Cəbəllütariq) isə Avropa Liqasının 2-ci təsnifat mərhələsində mübarizə aparacaqlar.
Azərbaycanı bu mövsüm Çempionlar Liqasında “Qarabağ” təmsil edəcək. Ağdam klubu ÇL-in birinci təsnifat mərhələsində Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
İlkin mərhələ, final
28 iyun
Feronikeli – Santa Koloma 2:1