“İlk oyun olduğunu nəzərə alsaq, deyə bilərəm ki, hər iki komanda ehtiyatlı davranacaq. Düşünürəm ki, maraqlı görüş olacaq. Çünki iki ölkənin çempionları qarşılaşacaq".

Futbolinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın sabiq müdafiəçisi Ansi Aqolli Albaniyanın "TV Klan" telekanalına açıqlamasında deyib. 

Hazırda ABŞ-ın "Kosmos" klubunda çıxış edən 36 yaşlı futbolçu Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində sabah keçiriləcək "Partizani" – "Qarabağ" oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Qarabağ"ın avrokubok təcrübəsi və böyük uğurları var. Fikrimcə, "Partizani"nin mənim məsləhətimə ehtiyacı yoxdur. Onlar özləri də bu komandanın gücünə bələddirlər. Bu, hər hansı səhvin baha başa gələ biləcəyi ideal oyun olacaq". (qol.az)

Aqolli 2010-2019-cu illərdə "Qarabağ"ın formasını geyinib.

Qeyd edək ki, "Partizani" – "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra Bakıda baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp