“Partizani”nin yeni transferləri – venesuelalı yarımmüdafiəçi Aritoteles Romero və yamaykalı hücumçu Brayan Braun artıq komandanın düşərgəsindədirlər.

Futbolinfo.az Albaniya mətbuatına istinadən xəbər verir ki, hər iki futbolçunun adı UEFA-ya göndərilən sifariş ərizəsində olsa da, onların Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində sabah "Qarabağ"a qarşı oynayacağı gözlənilmir. 

Buna səbəb oyunçuların fiziki durumunun istənilən səviyyədə olmamasıdır. Ancaq bu həftə ərzində məşqlərdə özlərini yaxşı tərəfdən göstərəckləri halda, onların Bakıdakı cavab oyununda meydana çıxacaqları istisna olunmur.

Qeyd edək ki, sabah keçiriləcək "Partizani" – "Qarabağ" oyunu Bakı vaxtı ilə 19:30-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra paytaxtımızda olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp