Azərbaycan çempionu “Qarabağ” bu gün – iyulun 10-da UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində səfərdə Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubu oyundan bir gün əvvəl qarşılaşmanın keçiriləcəyi “Selman Stermazi” stadionunda son məşqinə çıxıb. 

Yerli vaxtla 17:30-da (Bakı vaxtıyla 19:30) başlayan məşq təxminən 1 saat davam edib. Futbolçular toplu çalışmalarla oyunun hazırlığını yekunlaşdırıb. 

Zədəli futbolçu Bədavi Hüseynov isə fizioterapevt nəzarəti altında fərdi məşqlə kifayətlənib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp