Argentina Futbol Federasiyası milli komandanın baş məşqçisi Lionel Skaloni ilə bağlı qərarını verib.
Futbolinfo.az xəbər verir ki, Skaloni, DÇ-2022-nin seçmə mərhələsinin oyunlarında da Argentina millisinin “sükanı arxasında” olacaq. Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
Skaloni DÇ-2018-dən sonra Argentina millisində baş məşqçi postuna gətirilmişdi. Onun yığma ilə əvvəlki müqaviləsi bu ilin sonuna qədər idi.