“Milan”ın sabiq futbolçusu Luis Adrianonun yeni iş yeri məlum olub.

Futbolinfo.az xəbər verir ki, 32 yaşlı hücumçu “Palmeyras” klubuna transfer olunub. Bu barədə Braziliya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Adriano ilə 3 illik müqavilə imzalanıb.

“İnternasional” klubunun yetirməsi olan Adriano “Şaxtyor” (Donetsk, Ukrayna) və “Milan”da da çıxış edib. Hücumçunun son iş yeri Moskva “Spartak”ı olub.

Adriano 4 dəfə formasını geyindiyi Braziliya millisində 1 qol vurub.

Shares: