“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşdığını xəbər vermişdik.
Futbolinfo.az xəbər verir ki, “kimyaçılar” son klubu İran “Persepolis”i olan Mehdi Şərifini transfer edə bilər.
26 yaşlı yarımmüdafiəçi artıq “Sumqayıt”ın düşərgəsindədi. O, “Sumqayıt”ın bu gün U-19 millimizə qarşı keçirdiyi yoxlama oyununda da meydana buraxılacaq.
2018-ci ilin iyulundan “Persepolis”də çıxış edən Şərifi, bir müddət əvvəl klubu ilə yollarını ayırıb. Hazırda azad agent olan iranlı futbolçunun “transfermarkt”-da dəyəri 400 min avrodu.