“Neftçi” Futbol Akademiyasının U-17 komandasının baş məşqçisi vəzifəsinə Elman Sultanov təyin olunub.

Futbolinfo.az xəbər verir ki, 45 yaşlı mütəxəssislə 1 illik müqavilə bağlanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Baş məşqçinin köməkçisi vəzifəsini isə Elgiz Kərəmli yerinə yetirəcək.

Qeyd edək ki, futbolçu kimi 1994/1995-ci illər mövsümündə "Neftçi”nin şərəfini qorumuş Elman Sultanov baş məşqçi kimi "Səbail”in əsas və əvəzedici, "Keşlə”nin isə U-16 komandasını, həmçinin "Bakılı”nı çalışdırıb. "Səbail”in əsas komandası ilə yüksək liqaya vəsiqə qazanmış Sultanov paytaxt təmsilçisinin əvəzedicilərinə çempionluq sevinci yaşadıb.

Shares: