Futbol üzrə Fransa çempionatında 28-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Turun mərkəzi görüşündə “Lill” “Lion”la münasibətlərinə aydınlıq gətirib və minimal hesabla qalib gəlib. “Renn” “Monpelye”ni 5 cavabsız qolla üstələyib. “Sent-Etyen” – “Bordo” matçında isə qalib müəyyənləşməyib.

Lider PSJ bu turda səfərdə “Strasburq”la qarşılaşmalı olsa da, bu oyun təxirə salınıb.

Fransa Liqa 1
28-ci tur
6 mart

Olimpik (Marsel) – Amyen 2:2
Qol: Sanson, 45+1. Payet, 57 – Jirassi, 83-pen. Qoddos, 90+6.

7 mart

Strasburq – PSJ matçı təxirə salınıb

Anje – Nant 2:0
Qol: Bobikon, 48. Tomas, 53.

Dijon – Tuluza 2:1
Qol: Mendil, 40. Aquerd, 53 – Boisqar, 41.

Mets – Nim 2:1
Qol: Nquette, 7. Boye, 81 – Do, 49.

Nitsa – Monako 2:1
Qol: Dolberq, 59; 90+2 – Ben Yedder, 32.

Reyms – Brest 1:0
Qol: Ture, 37.

8 mart

Sent-Etyen – Bordo 1:1
Qol: Bouanqa, 68 – Maya, 65.

Renn – Monpelye 5:0
Qol: Maussa, 9. Hunu, 28; 87-pen. Tait, 68. Del Kastilyo, 73-pen.

Lill – Olimpik (Lion) 1:0
Qol: Remi, 33.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp