Futbol üzrə Türkiyə Super Liqasında daha bir oyun keçirilib.

Futbolinfo.az xəbər verir ki, günün yeganə qarşılaşması Malatyada baş tutub.

19-cu turdan təxirə salınan görüşdə “Yeni Malatyaspor” “Trabzonspor”u qəbul edib. Məhsuldar keçən qarşılaşmada 4 qol vurulub. Üç xalı üç topla qazanan trabzonlular bu qələbə sayəsində turnir cədvəlində 1-ci pilləyə yüksəlib.

Türkiyə Super Liqası
19-cu turdan təxirə salınan oyun
11 mart

Yeni Malatyaspor – Trabzonspor 1:3
Qollar: Bulut, 44 – Novak, 10. Sosa, 30. Nvakaeme, 55.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp