Koronavirus pandemiyasına görə yarıda qalmış futbol üzrə Bolqarıstan çempionatının iyunun 5-də bərpa olunacağını xəbər vermişdik.

Futbolinfo.az xəbər verir ki, bu ölkədə milli çempionatın oyunlarına azarkeşlər də buraxılacaq.

Daha öncə bütün oyunların azarkeşsiz keçiriləcəyi bəyan olunsa da, son qərara əsasən, stadionlara fanatların buraxılmasına icazə verilib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasında bildirilir ki, tribunaların 30 faizdən çox hissəsi dolmamalıdı. Bu qərar birinci və ikinci liqanın oyunlarına şamil olunacaq.

Qeyd edək ki, Bolqarıstan çempionatında geridə qalan 24 tur ərzində 55 xal toplamış “Ludoqorets” zirvədə qərarlaşıb. Bu komandanın əsas izləyiciləri olan “Lokomotiv” (Plovdiv), “Sofiya” (Levski) və ÇSKA (Sofiya) isə 46 xala malikdi. Bolqarıstanda futbol yarışları martın 13-də dayandırılıb. Yeni təqvimə əsasən, mövsüm iyulun 11-də başa çatacaq.

Shares: