Azərbaycanda COVID-19-a daha 559 yeni yoluxma qeydə alınıb, 545 nəfər sağalıb, 7 nəfər vəfat edib.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bu gün ölkədə 8 312 test aparılıb. Ümumilikdə isə bu günə qədər aparılan testlərin sayı 592 778 təşkil edir.
Azərbaycanda bu günə kimi ümumilikdə 25 672 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 16 695 nəfər müalicə olunaraq sağalıb, 326 nəfər vəfat edib.
Hazırda 8 651 nəfərin müalicəsi davam etdirilir.