Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümü avqustun 14-də start götürəcək.

Futbolinfo.az xəbər verir ki, bu barədə “Report”a Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib.

PFL rəhbəri bildirib ki, çempionatda yeni mövsümü məhz sözügedən tarixdə başlatmaq istəyirlər: “Sağ olsun, ölkə rəhbərliyimiz, koronavirusla mübarizəmiz çox gözəl gedir. Allahın izni ilə hər şey qaydasında olarsa, çempionatı başlatmaq niyyətindəyik”.

R.Musayev mövsümün start tarixinin dəyişdirilə biləcəyini də istisna etməyib: “Həyatda hər şey ola bilər. Allah eləməsin, pandemiya ilə bağlı problem olarsa, başlama tarixi təxirə salına bilər. Necə ki, çempionatı vaxtından əvvəl dayandırdıq, indi də bu qərara görə peşman deyilik, eləcə də mövsümün startının vaxtını dəyişə bilərik. İnsanların sağlamlığı hər şeydən önəmlidir”.

PFL prezidenti yay transfer pəncərəsinin vaxtının isə qarşıdakı günlərdə dəqiqləşəcəyini söyləyib.

Shares: