“Zirə” bu gün yeni transferlərini açıqlamalıdı. Heyətini ciddi şəkildə dəyişən qəsəbə təmsilçisi hamımımzın tanıdığı futbolçularla müqavilə imzalayacaq.

“Keşlə”dən ayrılan Tural Bayramlı, “Sabah”dan gələn Kərim Diniyev və Rəşad Eyyubovun ardınca, “Səbail”dən “qoparılan” Şəhriyar Rəhimovla rəsmi anlaşma da elan olunacaq. Bundan başqa, “Qarabağ”dan Musa Qurbanlı və Tural Bayramov icarəyə götürülməlidi.

“Zirə” Sərtan Taşkın (Sumqayıt), Rəşad Əzizli (Keşlə) və Klessio Bauk (Qəbələ) ilə də güclənəcək. Bu futbolçulardan Rəşadın transferi diqqət çəkir. Heyətdə qapıçısı qalmayan “qartallar” “Keşlə” ilə Şamaxıya – toplanışa yollanan qolkiperi razı sala bilib. Bauk isə Yunanıstandan gələn təklifə “yox” cavabı verib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp