Azərbaycanı avrokuboklarda təmsil ecədək komandalardan “Qarabağ”la “Keşlə” bu gün yoxlama oyununda üz-üzə gəlib.

Futbolinfo.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən matç hərəsi 30 dəqiqə olmaqla 3 hissə oynanılıb.

Görüş Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Çempionlar Liqasında çıxış edəcək “Qarabağ” Qəbələdə, Avroliqa təmsilçimiz “Keşlə” isə Şamaxıda hazırlıq keçir.

Yoxlama oyunu
18 iyul

Qarabağ – Keşlə 3:1
Qol: Filip Ozobiç, 11-pen; 51. Mahir Emreli, 65 – Aleksandr Kristovao, 6.

Shares: