Azərbaycanda daha 517 nəfər koronavirusdan sağalıb, 5 nəfər dünyasını dəyişib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd edilir ki, son gün ərzində ölkədə daha 388 yeni yoluxma qeydə alınıb.

Azərbaycanda indiyədək ümumilikdə 27 521 nəfərin COVID-19-a yoluxması müəyyən edilib. Onlardan 18 967 nəfər müalicə olunaraq sağalıb, 554 nəfər dünyasını dəyişib. Bununla yanaşı, daha 8 200 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.

Məlumata görə, son gün ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 095, ümumilikdə isə 627 881 test aparılıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp