“Neftçi TV” bu gün yayıma başlayır.

Futbolinfo.az xəbər verir ki, ilk efir vaxtı saat 12:00-da start götürəcək. Hər gün saat 12:00-dan 16:00-dək “Youtube” vasitəsilə yayım olacaq.

Qeyd edək ki, “Neftçi TV”də klubun gündəlik həyatı ilə bağlı məlumatlar, maraqlı müsahibə və açıqlamalar, müxtəlif əyləncəli proqramlar, əsas komandanın yoldaşlıq görüşlərindən, eləcə də “Neftçi-2” və aşağı yaş qrupu komandalarının bəzi oyunlarından canlı yayımlar, həmçinin müxtəlif verilişlər də olacaq.

“Neftçi TV”-ni izləmək üçün aşağıdakı linkə keçid etmək lazımdır: https://www.youtube.com/user/PfkNeftchi

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp