Azərbaycan millisinin keçmiş futbolçusu Gennadi Drozdov vəfat edib.

Futbolinfo.az xəbər verir ki, Drozdov 62 yaşında dünyasını dəyişib.

Veteran müdafiəçinin ölümünə səbəb koronavirus olub. Moskvada yaşayan Drozdov xərçəng xəstəliyindən də əziyyət çəkirdi.

Drozdov 1994-cü ildə Azərbaycan millisinin heyətində Rumıniya ilə yoldaşlıq görüşündə (0:3) iştirak edib. O, Azərbaycanda “Xəzər”, “Neftçi”, “Dinamo” (Gəncə), “Göyəzən” və “Turan” klublarının formasını geyinib.

Shares: