Futbol üzrə Portuqaliya yığmasının baş məşqçisi Fernando Santos DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Lüksemburqa qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, matçdan öncə baş tutan mətbuat konfransında bunları söyləyib:

“Lüksemburq yığmasının Azərbaycanla oxşarlığı yoxdur. Lüksemburqlular bizimlə qarşılıqlı mübarizə aparacaqlar. Yaxşı müdafiə olunmağa çalışacaq və keyfiyyətli hücumlar quracaqlar. Lüksemburq böyük potensiala malik yaxşı təşkilatlanmış komandadır. Bu, müdafiə oyunu sərgiləyən kollektiv deyil. Son illər ən dinamik inkişaf edən yığmalardan olduqlarını İrlandiyanı 1:0 hesabı ilə yendikləri görüşdə göstərdilər. Bu oyunun çətinliklərini bilirik, ancaq qələbə qazanmağa hazırıq”.

Qeyd edək ki, bu gün keçiriləcək Lüksemburq – Portuqaliya matçına Bakı vaxtı ilə saat 22:45-də start veriləcək. A qrupunun digər oyununda Azərbaycan Serbiyanı qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp