UEFA, Gənclər Liqasının 2020/21 mövsümünün 1/64 final mərhələsində iştirakına görə “Qəbələ” klubuna maliyyə vəsaiti köçürüb.

Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Gənclər Liqasının 2020/21 mövsümünün 1/64 final mərhələsində iştirakı zamanı səyahət və yerləşdirmə xərcləri üçün UEFA tərəfindən ayrılmış 5000 (beş min) avro pul vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qəbələ” İdman Klubunun hesabına köçürülüb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp