DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turu çərçivəsində Litva ilə qarşılaşacaq İtaliya yığmasında daha iki futbolçu sıradan çıxıb.
Futbolinfo.az xəbər verir ki, millinin iki yarımmüdafiəçisi – Alessandro Florensi və Marko Verratti yığmanın düşərgəsini tərk edib.
Bu barədə “Football İtalia” nəşri məlumat yayıb. Hər iki futbolçu zədə səbəbindən millidən ayrılıb.
Sabah keçiriləcək Litva – İtaliya matçına saat 22:45-də start veriləcək.